...

Obama və respublikaçılar dövlət borcu üzrə razılığa gəlməyiblər

Dünya xəbərləri Materials 11 Oktyabr 2013 05:10 (UTC +04:00)
ABŞ prezidenti Barak Obamanın respublikaçı - konqressmenləri ilə görüşü dövlət borcunun yuxarı həddi və dövlət müəssisələrinin maliyyələşdirilməsi problemlərini həll etməyib.
Obama və respublikaçılar dövlət borcu üzrə razılığa gəlməyiblər

Azərbaycan, Bakı, 11 oktyabr / Trend /

ABŞ prezidenti Barak Obamanın respublikaçı - konqressmenləri ilə görüşü dövlət borcunun yuxarı həddi və dövlət müəssisələrinin maliyyələşdirilməsi problemlərini həll etməyib. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Ağ ev bu barədə xəbər verir.

"Növbəti mümkün addımların müzakirəsindən sonra heç bir konkret qərar qəbul edilməyib. Prezident tərəflərin danışıqlarında irəliləyişin əldə olunmasına ümid edir. Onun məqsədi bizim öz öhdəliklərimizi yerinə yetirilməsini, dövlət müəssisələrinin işini bərpa edilməsini, iş yerlərinin yaradılmasını və iqtisadiyyatın inkişafına dair məsələlərə qayıtmasını, həmçinin orta təbəqənin möhkəmlənməsini təmin etməkdən ibarətdir ", - məlumatda deyilir.

Obamanın ən mühüm təşəbbüslərindən biri olan səhiyyə islahatlarının həyata keçirilməsi və ya ləğvi barədə bənd olmadan respublikaçılar tərəfindən nəzarət olunan nümayəndələr palatası büdcəni qəbul etməkdən imtina edib.

Buna görə də yeni maliyyə ilinin əvvəlindən oktyabrın 1-də dövlət müəssisələrin maliyyələşdirilməsi dayanıb. Konqres həmçinin indi 16.7 trilyon dollar təşkil edən borclar limitini qaldırmayıb. Əgər o, oktyabrın 17-dək artırılmasa, ABŞ defolt gözləyir.

Xəbər lenti

Xəbər lenti