...

Obama MAR hakimiyyətini iğtişaşlara aidiyyəti olanları cəzalandırmağa çağırıb

Dünya xəbərləri Materials 10 Dekabr 2013 07:15 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama Mərkəzi Afrika Respublikasının (MAR) keçid hökumətini iğtişaşlara aidiyyətı olan şəxsləri məsuliyyətə cəlb etməyə çağırıb.
Obama MAR hakimiyyətini iğtişaşlara aidiyyəti olanları cəzalandırmağa çağırıb

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

ABŞ Prezidenti Barak Obama Mərkəzi Afrika Respublikasının (MAR) keçid hökumətini iğtişaşlara aidiyyətı olan şəxsləri məsuliyyətə cəlb etməyə çağırıb. Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Reyter agentliyi məlumat verir.

ABŞ Prezidenti bu barədə Seneqalın paytaxtı Dakar şəhərində yazılan bəyanatında deyib. Obama MAR keçid hökumətini sülhü bərpa etməyə çağırıb.

"Siz Mərkəzi Afrika Respublikasının məğrur vətəndaşlarısız, başqa yol seçmək üçün qüvvəyə maliksiniz", - prezidentin bəyanatından agentlik sitat gətirir.

O, əlavə edib ki, müsəlman və xristian liderləri "sülhə və əmin-amanlığa çağırırlar".

"Mən keçid hökumətini bu səslərə qoşulmağa və cinayət törədənləri həbs etməyə çağırıram", - Obama deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti