Bakı. Trend:
Sovet dövründə buraxılmış daha bir radioelektron kəşfiyyat peyki Yerin atmosferində yanaraq öz fəaliyyət müddətini başa vurub.
Trend-in məlumatına görə, “Kosmos-1461” peykinin qalıqları Antarktida yaxınlarında okeana düşüb.
Qeyd edək ki, bir müddət əvvəl “Molniya-1-44” peyki fəaliyyətini başa vurub. Həmin raket Zimbabve ərazisində yerə düşmüşdü.