...

Şərqi Qüdsdə saxlanılan üç türk vətəndaşı sərbəst buraxılıb

Dünya xəbərləri Materials 24 Dekabr 2017 05:10 (UTC +04:00)
Şərqi Qüdsdə dünən saxlanılan 3 türk vətəndaşı, İsrail məhkəməsinin qərarı ilə girov müqabilində azadlığa buraxılıb
Şərqi Qüdsdə saxlanılan üç türk vətəndaşı sərbəst buraxılıb

Bakı. Trend:

Şərqi Qüdsdə dünən saxlanılan 3 türk vətəndaşı, İsrail məhkəməsinin qərarı ilə girov müqabilində azadlığa buraxılıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, dünən axşam namazından sonra, aralarında uşaqların da olduğu bir qrup türk vətəndaşı, Əl-Aqsa məscidinin yaxınlığında İsrail polisi tərəfindən dayandırılıb.

İsrail polisi onlardan üzərində türk bayrağı təsvir olunan köynəkləri çıxarmalarını tələb edərək əks təqdirdə Əl-Aqsa məscidinə daxil olmayacaqlarını söyləmişdir. Yaranan mübahisə nəticəsində iki Türkiyə vətəndaşını saxlanılıb.

Abdullah Kızılırmak və Mehmet Kargılı ilə birlikdə daha öncə nəzarət altına alınan başqa bir Türkiyə vətəndaşının da məhkəmə qarşısına çıxarılacağı bildirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti