...

Ərdoğan suriyalı qaçqınları Afrinə qaytarır - Sayı özü açıqladı

Dünya xəbərləri Materials 9 Mart 2018 11:42 (UTC +04:00)
Ərdoğan Afrinə qayıdacaq suriyalı qaçqınların sayını açıqlayıb.
Ərdoğan suriyalı qaçqınları Afrinə qaytarır - Sayı özü açıqladı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Suriyanın Afrin bölgəsinin azad olunmasından sonra bu əraziyə 200 min suriyalı qaçqın qayıdacaq.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı bildirib ki, Türkiyə Silahlı Qüvvələri və "Azad Suriya Ordusu" Afrini terrorçulardan mütləq azad edəcəklər:

"Hazırda Türkiyə SQ və "Azad Suriya Ordusu" Afrin bölgəsində 800 kv.km əraziyə nəzarət edirlər".

Qeyd edək ki, bundan əvvəl R.T.Ərdoğan Türkiyənin sayı 3 milyon nəfəri ötən suriyalı qaçqınları öz vətənlərinə qaytaracağını bildirmişdi.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti