...

Rusiya və BƏƏ razılaşdı - Viza rejimi ləğv edilir

Dünya xəbərləri Materials 6 İyul 2018 17:46 (UTC +04:00)
Rusiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) viza rejiminin qarşılıqlı ləğv olunması barədə razılıq əldə edib
Rusiya və BƏƏ razılaşdı - Viza rejimi ləğv edilir

Bakı. Trend:

Rusiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) viza rejiminin qarşılıqlı ləğv olunması barədə razılıq əldə edib.

Trend-in məlumatına görə, bu barədə iki ölkənin hökumətlərarası komissiyasının iclasında müvafiq sənəd imzalanıb.

Qeyd olunur ki, ötən il Rusiyadan BƏƏ-yə turist axını 50 faizdən çox artıb.

Bildirilir ki, BƏƏ-yə 750 mindən çox rusiyalı turist səfər edib ki, onlar ölkə iqtisadiyyatına 2,3 milyard vəsait gətirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti