...

Braziliyada iki binanın uçması nəticəsində ölənlərin sayı 18-ə çatıb

Dünya xəbərləri Materials 18 Aprel 2019 05:15 (UTC +04:00)

Bakı. Trend:

Braziliyanın Rio-de-Janeyro şəhərində iki qeyri-qanuni tikilmiş binanın uçması nəticəsində ölənlərin sayı 18 nəfər çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, daha əvvəl 15 nəfərin öldüyü bildirilirdi.

Binaların uçmasının dəqiq səbəbi barədə hələki məlumat yoxdur, lik bildirilir ki, binalar yağışların ən çox zərər vurduğu rayonda yerləşir.

Bundan əlavə binaların uçması nəticəsində 8 nəfər xəsarət alıb, onlardan 3-ü xəstəxanadadır.

Xəbər lenti

Xəbər lenti