...

Honq Konqda camaat küçələrə çıxdı - Etiraz var

Dünya xəbərləri Materials 12 İyun 2019 14:58 (UTC +04:00)
Honq Konqda minlərlə sakin ekstradisiya barədə qanun layihəsinə etiraz olaraq aksiyalar keçirir
Honq Konqda camaat küçələrə çıxdı - Etiraz var

Bakı. Trend:

Honq Konqda minlərlə sakin ekstradisiya barədə qanun layihəsinə etiraz olaraq aksiyalar keçirir.

Trend-in məlumatına görə, son bir neçə gün ərzində etirazçılar Honq Konq küçələrində barrikadalar qurub.

Etirazçıların parlament binasına hücum edəcəkləri barədə məlumatlar yayılır.

Aksiyala ilə əlaqədar məktəblər, mağazalar, banklar və digər müəssisələr bağlanıb.

Ekstradisiya qanununa dəyişikliklərə etiraz edən sakinlər Honq Konq rəhbəri Kerri Lamın istefasını və qanun layihəsinin müzakirəsinin dayandırılmasını tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti