Bakı. Trend:
Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 36 060 yoluxma halı qeydə alınıb.
Trend-in "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 8 081 300 nəfərə çatıb.
Bildirilir ki, ötən sutkada koronavirusdan 124 nəfər, hazırkı dövrədək isə 137 541 nəfər vəfat edib.