...

Gürcüstanda "omikron" ştammına yoluxanların sayı açıqlanıb

Dünya xəbərləri Materials 2 Yanvar 2022 15:01 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstanda koronavirusun "omikron" ştammına yoluxanların sayı 144 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə üzrə Milli Mərkəzindən bildiriblər.

Qeyd edək ki, Gürcüstanda "omikron" ştammına ilk iki yoluxma halı dekabrın 20-də təsdiq edilmişdi. Yoluxan şəxslərdən biri ABŞ-dan, digəri isə Dubaydan ölkəyə giriş etmişdi. Daha sonra "omikron" ştammı həmin şəxslərin ünsiyyətdə olduğu digər insanlarda da qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti