...

İordaniya COVİD-19 pandemiyasının yeni dalğası ilə üzləşib

Dünya xəbərləri Materials 13 İyul 2022 05:48 (UTC +04:00)
İordaniya COVİD-19 pandemiyasının yeni dalğası ilə üzləşib

Bakı. Trend:

İordaniyada COVID-19-a yoluxma hallarının artması "omikron" ştammının BA.5 variantının krallıqda sürətlə yayılması ilə əlaqələndirilir.

Trend-in məlumatına görə, bu barədə "Ammon" agentliyinə İordaniya Milli Epidemiologiya Komitəsinin üzvü Bassam Hicavi deyib.

Onun sözlərinə görə, sutka ərzində koronavirusa yoluxan 2210 vətəndaşın əksəriyyətində "omikron" ştamının yeni variantı aşkar edilib:

"Epidemioloq qeyd edib ki, statistik göstəricilər iyunun sonundan etibarən pisləşib. - Bu, İordaniyanın bütün dünya ilə birlikdə pandemiyanın yeni dalğası ilə üzləşdiyini göstərir".

B.Hicavi qeyd edib ki, ştammın BA.5 variantı əvvəlki "omikron"dan dörd dəfə daha sürətli yayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti