...

BVF qlobal iqtisadi artımla bağlı növbəti proqnozu əhəmiyyətli dərəcədə azaldacaq

Dünya xəbərləri Materials 17 İyul 2022 11:06 (UTC +04:00)
BVF qlobal iqtisadi artımla bağlı növbəti proqnozu əhəmiyyətli dərəcədə azaldacaq

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) növbəti hesabatında qlobal iqtisadi artım proqnozunu "əsaslı şəkildə azaltmağı" planlaşdırır.

Trend "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu İndoneziyada keçirilən "maliyyə iyirmiliyinin" sammitindən sonra BVF-nin Strategiya, Siyasət və Analiz Departamentinin direktoru Ceyla Pazarbaşıoğlu deyib.

Onun sözlərinə görə, ərzaq və enerji qiymətlərinin yüksəlməsi, inkişaf etməkdə olan bazarlara kapital axınının azalması, davam edən pandemiya və Çin iqtisadiyyatında yavaşlamanın mövcud olduğu bir şəraitdə siyasətçilər strategiya qurmaqda çətinlik çəkir.

"Zərbə ardınca zərbə və bu, həqiqətən də qlobal iqtisadiyyata zərbə vurur. Proqnozumuzu xeyli aşağı salacağıq", - deyə C.Pazarbaşıoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti