...

İordaniyada binanın çökməsi nəticəsində 5 nəfər həlak olub

Dünya xəbərləri Materials 14 Sentyabr 2022 04:42 (UTC +04:00)
İordaniyada binanın çökməsi nəticəsində 5 nəfər həlak olub

Bakı. Trend:

İordaniyanın paytaxtı Ammanda binanın çökməsi nəticəsində 5 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Əl-Məmləkə" televiziya kanalı İctimai Təhlükəsizlik Departamentinin nümayəndəsi Amer əs-Sərtaviyə istinadən xəbər verib.

"Xilasetmə əməliyyatları zamanı bütün ölənlərin cəsədləri binanın dağıntıları altından çıxarılıb. Daha 14 yaralı sakin xəstəxanalara yerləşdirilib", - deyə o qeyd edib.

İordaniyalı geoloq Xalid əl-Şavabqa "Ammon" agentliyinə bildirib ki, qədim bina çox köhnəlmiş vəziyyətdə olub və kanalizasiya sularının bünövrənin altına girməsi nəticəsində çökə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti