...

Türkiyədə Nazirlər Kabinetinin iclası keçiriləcək

Dünya xəbərləri Materials 14 Fevral 2023 07:39 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Nazirlər Kabinetinin çərşənbə axşamı, fevralın 14-nə planlaşdırılan iclası Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin Ankaradakı baş ofisində keçiriləcək.

Trend-in məlumatına görə, Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, iclas zəlzələdən zərər çəkmiş rayonlardakı vəziyyətə həsr olunacaq.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclas yerli vaxtla saat 15:00-da başlayacaq.

Təbii fəlakət zonasında olan hökumət üzvləri iclasda videokonfrans vasitəsilə iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti