...

İranda nazir istefa verdi

Dünya xəbərləri Materials 24 İyul 2023 11:24 (UTC +04:00)
İranda nazir istefa verdi

Bakı. Trend:

İranın gənclər və idman naziri Həmid Səccadi vəzifəsindən istefa verib.

Trend “Fars” agentliyinə istinadən xəbər verir ki, Səccadi vertolyot qəzası nəticəsində səhhətində yaranan problemlərə əsasən, istefa ərizəsini prezidentə təqdim edib.

Hazırda o, xəstəxanada müalicə olunur.

Qeyd edək ki, Həmid Səccadi bu ilin fevral ayında vertolyot qəzasına uğrayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti