...

Fransa aviaşirkəti bu ölkələrə uçuşu dayandırdı

Dünya xəbərləri Materials 7 Avqust 2023 16:58 (UTC +04:00)
Fransa aviaşirkəti bu ölkələrə uçuşu dayandırdı

Bakı. Trend:

Fransanın mili aviadaşıyıcısı Fransa Hava Yolları (“France Air”) Niger, Burkino-Faso və Malinin paytaxtlarına - Niamey, Uaqaduqu və Bamakoya uçuşları dayandırıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə aviaşirkətin nümayəndələri məlumat yayıb.

Bildirilib ki, Niameyə uçuşlar növbəti xəbərdarlığa qədər dayandırılıb, Uaqaduqu və Bamakoya uçuşlar isə avqustun 11-dək ləğv edilib.

Aviaşirkətdən verilən məlumata əsasən, Niger üzərində hava məkanının bağlanmasına görə uçuş planlarına yenidən baxmağa məcburdur. Bu, Afrikanın bir neçə ölkəsinə uçuşların müddətinin 15 dəqiqədən iki saata qədər uzanmasına səbəb olacaq.

Qeyd edək ki, iyulun 26-da Nigerdə hakimiyyət çevrilişi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti