...

İranda xam polad istehsalı 4,5% artıb

Dünya xəbərləri Materials 5 Sentyabr 2023 02:45 (UTC +04:00)
İranda xam polad istehsalı 4,5% artıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda xam polad istehsalı bu ilin iyul ayında ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% artaraq 3 milyon 200 min tona çatıb.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Polad İstehsalçıları Assosiasiyası (Worldsteel) məlumat yayıb.

Assosiasiyanın məlumatına görə, iyunda dünya polad istehsalı 158 milyon 500 min tona çatıb ki, bu da ötən ilin iyul ayında istehsaldan 6,6% çoxdur.

Dünyanın 10 ən böyük polad istehsalçısından 6-da istehsalın azalmasına baxmayaraq, Hindistan, İran, Rusiya və Çində 2023-cü ilin yanvar ayından iyulun sonuna qədər keçən ilin eyni dövrü ilə müqayisədə polad istehsalında artım müşahidə olunub.

Bu hesabata görə, 2023-cü ilin ilk yeddi ayında İran 18 milyon 100 min ton polad istehsal edə bilib.

Worldsteel-in son hesabatında İran dünyanın ən böyük 10 polad istehsalçısı arasında 8-ci yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti