...

Korrupsiyada ittiham olunan ABŞ senatoru məhkəmə qarşısına çıxacaq

Dünya xəbərləri Materials 3 Oktyabr 2023 00:38 (UTC +04:00)

Bakı. Trend:

Korrupsiyada ittiham olunan ABŞ-ın Nyu Cersi ştatı senatoru Robert Menendesin məhkəməsi 2024-cü il mayın 6-da başlayacaq.

Trend-in məlumatına görə, bu barədə "CNBC" televiziya kanalı xəbər verib.

Qeyd edək ki, sentyabrın 22-də ABŞ-ın Nyu-Yorkun Cənub Bölgəsi üzrə Prokurorluğu R.Menendesə qarşı ittihamları irəli sürdüyünü açıqlayıb.

İttihama əsasən, senator və onun həyat yoldaşı “Nyu Cersi ştatından olan iş adamı ilə korrupsioner münasibətlərdə olublar” və “yüz minlərlə dollar rüşvət” alıblar. Senator nağd pul, qızıl külçələr, bahalı avtomobillər və digər qiymətli əşyalar alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti