...

Nigeriyada silahlılar kəndlərə hücum ediblər, ölənlər var

Dünya xəbərləri Materials 3 Yanvar 2024 22:45 (UTC +04:00)
Nigeriyada silahlılar kəndlərə hücum ediblər, ölənlər var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nigeriyanın şimal-şərqində silahlıların hücumu nəticəsində azı 15 nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə Çibok Rayon İnkişaf Assosiasiyasının rəhbəri Manasşe Allen bildirib.

Məlumata görə, silahlılar Yeni il günü Borno əyalətinin iki kəndinə hücum ediblər.

Şahidlərin sözlərinə görə, onlar bir neçə yük avtomobilində olub və Nigeriya ordusunun formasını geyiniblər.

Hücuma görə radikal qruplardan heç biri məsuliyyəti öz üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti