Bakı. Trend:
ABŞ husilərin liderlərinə qarşı sanksiyalar tətbiq edib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, ABŞ Yəməndəki “Ənsar Allah” hərəkatının hərbi əməliyyatlarına cavabdeh olan “əsas şəxslərə” qarşı sanksiyalar tətbiq edib. Onların ölkəyə girişini qadağan edib, aktivlərini dondurub.
Eyni zamanda Böyük Britaniya da sanksiyalar tətbiq edib.