Bakı. Trend:
Üçüncü qazax kosmonavtı Aydın Aimbetov bildirib ki, ilk türk astronavtı Alper Gezeravcının BKS-ə uçuşu Türkiyənin kosmik proqramının uğurla həyata keçirilməsinin müjdəçisidir.
Trend xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Aimbetov kosmik tədqiqatlar sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb və bu istiqamətdə Türkiyə ilə qarşılıqlı fəaliyyətə hazır olduğunu qeyd edib.
