...

Çində inflyasiya qeydə alınıb

Dünya xəbərləri Materials 9 Mart 2024 08:20 (UTC +04:00)

Bakı. Trend:

Çin İstehlak Qiymətləri İndeksi fevral ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artıb.

Trend xəbər verir ki, Çin hökuməti 2024-cü ildə qiymətlərin 3 faiz artacağını gözləyir.

Çində ötən ilin avqustundan bəri ilk dəfə inflyasiya tendensiyası yaranıb. Həmin vaxt İstehlak Qiymətləri İndeksi 0,1 faiz bahalaşmışdı.

Ötən ay ərzaq məhsullarının qiymətləri illik müqayisədə 0,9 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 1,1 faiz bahalaşıb. İstehlak mallarının qiymətləri 0,1 faiz azalıb, xidmətlərin qiymətləri isə 1,9 faiz artıb.

Xəbər lenti

Xəbər lenti