...

Kreml hazırda “Crocus City Hall”un bərpasını müzakirə etmir - Peskov

Dünya xəbərləri Materials 28 Mart 2024 14:23 (UTC +04:00)
Kreml hazırda “Crocus City Hall”un bərpasını müzakirə etmir - Peskov
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

“Crocus City Hall”un bərpası məsələsi bu gün Kremlin və ictimaiyyətin gündəmində deyil.

Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu mövzunu müzakirə etmək hələlik tezdir.

"Aktiv istintaq mərhələsi gedir. Bu haqda danışmaq və hər hansı mövqe tutmaq, yəqin ki, hələ tezdir", - deyə Kreml nümayəndəsi əlavə edib.

Qeyd edək ki, "Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən, 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.

"Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti