...

İraqda İŞİD-in 15 silahlısı məhv edilib

Dünya xəbərləri Materials 31 Avqust 2024 06:50 (UTC +04:00)

Bakı. Trend:

ABŞ ordusu və İraq təhlükəsizlik qüvvələri İraqın qərbində İŞİD terror qruplaşmasının 15 silahlısını məhv edib.

Trend xəbər verir ki, bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

“ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı və İraqın təhlükəsizlik qüvvələri avqustun 29-da səhər saatlarında İraqın qərbində partnyor reydi keçirib və nəticədə İŞİD-in 15 yaraqlısı öldürülüb”, - ABŞ Mərkəzi Komandanlığının “X”dəki səhifəsində yayılan bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti