Bakı. Trend:
ABŞ hərbçiləri 24 saat ərzində Yəmənin "Ənsar Allah" hərəkatının husi üsyançılarına məxsus raket buraxılış qurğusunu məhv edib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (GENTCOM) məlumat yayıb.
“Son 24 saat ərzində GENTCOM qüvvələri Yəmənin husilərin nəzarətində olan bölgəsində İranın dəstəklədiyi Husilərin raket buraxılış qurğusunu uğurla məhv edib”, - komandanlığın X hesabında kı, bəyanatında deyilir.
Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra Ənsar Allah İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından, Fələstin anklavında əməliyyat sonlandırılmayana qədər, keçməsinə icazə verməyəcəyi barədə xəbərdarlıq edib. 2023-cü ilin noyabr ayının ortalarından husilər Qırmızı dənizdə və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər. “Ənsar Allah”ın hərəkətlərinə cavab olaraq, Amerika hakimiyyəti Qırmızı dənizdə naviqasiya azadlığının təmin edilməsi və gəmilərin mühafizəsi üçün beynəlxalq koalisiya yaradıldığını və əməliyyata başladığını elan edib.