...

Türkiyənin Kartalkaya kurortundakı hotel yanğınının səbəbi açıqlandı

Dünya xəbərləri Materials 27 Yanvar 2025 21:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək kurortundakı hoteldə baş vermiş yanğının səbəbi məlum olub.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, istintaq materiallarına əsasən, yanğın hotelin mətbəxində səhər yeməyi hazırlanarkən başlayıb. Bildirilir ki, manqala tökülən yağ alovlanıb, aşpazların yanğına yanlış müdaxiləsi və suyun düzgün tökülməməsi nəticəsində alov sürətlə yayılaraq ətrafı bürüyüb.

Hadisə yanvarın 21-də gecə saatlarında baş verib. Həmin vaxt hoteldə ümumilikdə 238 qonaq olub.

Yanğın nəticəsində 79 nəfər həyatını itirib, 50-yə yaxın şəxs isə müxtəlif xəsarətlər alıb.

Xəbər lenti

Xəbər lenti