...

Əfqanıstanda terakt - ölən və yaralananlar var

Dünya xəbərləri Materials 11 Fevral 2025 14:13 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstanın şimal-şərqində yerləşən Qunduz əyalətində terror aktı törədilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Kabil bankının yerli filalı yaxınlığında baş verən partlayışda azı 5 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.

Məlumata əsasən, həlak olanlar arasında bankın mühafizə xidmətinin əməkdaşı, mülkilər və "Taliban" hərəkatının üzvləri yer alır.

“İntiharçı-terrorçu üzərində olan kustar üsulla hazırlanmış partlayıcı qurğunu işə salıb və özünü partladıb”, - deyə Qunduz əyalətinin polis rəsmisi Cüməddin Xaksar bildirib.

Partlayışa görə hələ heç bir terrorçu qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti