...

Cənubi Koreyada helikopter qəzası: ölən var

Dünya xəbərləri Materials 26 Mart 2025 10:02 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Meşə yanğınlarının artıq bir neçə gün davam etdiyi Cənubi Koreyada helikopter qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, hekilopter paytaxt Seuldan təxminən 180 kilometr cənub-şərqdə yerləşən İyson rayonunda yerə çırpılıb. Hadisə nəticəsində helikopterin göyərtəsində olan yeganə pilot həlak olub.

Koreyanın meşə xidməti bildirib ki, baş vermiş qəzadan sonra bütün yanğınsöndürmə helikopterlərinin uçuşları dayandırılıb.

Hazırda qəzanın baş vermə səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti