Bakı.Trend:
ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) agentini qətlə yetirdiyinə görə 1985-ci ildə həbs olunmuş meksikalı “Don Neto” ləqəbli narkobaron Fonseka Karillo azadlığa buraxılıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, Quadalaxara narkokartelinin yaradıcılarından ona Fonsekanın hal-hazırda 94 yaşı var.
O, Enriki Kiki Kamarenanı oğurlamaqda, ona işğəncələr verməkdə və qətlə yetirməkdə təqsirli bilinərək 40 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2016-cı ildə isə ev dustaqlığına buraxılmışdı.