...

Üç Azərbaycan vətəndaşı Rusiyada baş vermiş yol qəzasında həlak olub

Hadisə Materials 2 İyul 2016 19:39 (UTC +04:00)
Rusiyanın Stavropol əyalətində "Mercedes" markalı avtomobil "KAMAZ"la toqquşub.
Üç Azərbaycan vətəndaşı Rusiyada baş vermiş yol qəzasında həlak olub

Bakı. Trend:

Rusiyanın Stavropol əyalətində "Mercedes" markalı avtomobil "KAMAZ"la toqquşub.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində üç Azərbaycan vətəndaşı halak olub və daha üç nəfər yaralanıb.

Yol polisi qeyd edir ki: "Avtomobilin sürücüsü və sərnişinləri Azərbaycan Respublikasının vətəndaşlarıdır, onlar yalnız bu gün sərhədi keçiblər və Rostov şəhərinə gedirdilər. Hadisə ilə bağlı cinayət işinin qaldırılması məsələsinə baxılır. Araşdırma aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti