...

Mikayıl Cabbarov RAGB-ın fəalları ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 14 Aprel 2016 22:16 (UTC +04:00)
Moskvada səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov aprelin 14-də Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları ilə görüşüb.
Mikayıl Cabbarov RAGB-ın fəalları ilə görüşüb (FOTO)

Moskva. Orxan Yolçuyev - Trend:

Moskvada səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov aprelin 14-də Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları ilə görüşüb.

Trend-in xüsusi müxbirinin məlumatına görə, Azərbaycanın Rusiyadakı səfirliyində keçən görüşdə nazir təhsil sahəsində ölkələrimiz arasında arasında münasibətlərin tarixi köklərindən danışıb, Azərbaycan gənclərinin bu əlaqələrin daha da inkişafında xüsusi rolunu qeyd edib.

"Son illər əlaqələrimiz daha da genişlənib. Bakıda Rusiyanın Lomonosov adına MDU və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filiallları açılıb. Eyni zamanda Azərbaycanın xaricdə ilk təhsil müəssisəsi də Rusiyada fəaliyyətə başlayıb. İlk dəfə olaraq Dərbənd şəhərində Azərbaycan Dövlət İqtisad Universitetinin filialı fəaliyyət göstərəcəkdir. Eyni ilə orta məktəblərdə rus dilində təhsil almağa böyük marağın olması ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin daha da inkişafına töhfə verir", - deyə nazir bildirib.

Mikayıl Cabbarov bu günlərdə Azərbaycanın Rusiyadakı səfirliyinin nəzdnində tələbə elmi şurasının yaradılmasını da alqışladı.

Nazir eyni zamanda bu gün xaricdə təhsil ilə bağlı mövcud problemlərdən və onların həlli yollarına da toxundu. O bildirdi ki, xaricdə təhsil alan tələbələrimizi 2 qrupa bölmək olar. İlk öncə bura Dövlət proqramı çərçivəsində təhsil alan tələləbəri aid etmək olar. Bu qrupa aid olan tələbələr Azərbaycanın təhsil sistemində təklif olunan məhsullarla məhdudlaşmayaraq, dünyanın tanınmış təhsil müəssisələrinə müraciət edirlər. Bu qrup azlıq təşkil edir. Digər qrupa isə ali təhsilə başlamaq üçün zəruri olan biliyə cavab verməyən tələbələri aid etmək olar. "Bu qrup çoxluq təşkil edir. Bu tələblələr təhsil almaq istəyindədilər, amma minimal keyfiyyətə belə cavab vermirər və adətən Gürcüstanda və ya bəzən Rusiyada biliyin minimal səviyyəsinə dair heç bir tələb irəli sürməyən ali təhsil müəssisələrinə müraciət edirlər. Adətən bu tədris ocaqlarında münasibətlər təhsilin mahhiyyəti üzərində deyil, təhsil haqqı üzərində qurulur. Rusiya Federasiyasının hər hansı bir bir təhsil müəssisəsinin diplomunu əldə etmiş, ama rus dilində fikirlərinin ifadə edə bilməyən insanın diplomunun təsdiq edilməsi, mən nazir olduğum dövrdə gözlənilməməlidir", - deyə nazir bildirib.

Mikayıl Cabbarov Rusiyada təhsil alan gəncləri ölkələrimiz arasında humanitar sahədə birgə layihələrin həyata keçirməyə çağırdı və nazirliyin böyük məmnuniyyətlə bu layihələrə dəstək olacağını bildirdi.

Nazirin səfəri müxtəlif görüşlərlə davam etdi. Günün ikinci yarısında Mikayıl Cabbarov Rusiya Təhsil Akademiyasının prezidenti Lyudmila Verbitskaya, habelə Moskva şəhərinin təhsil departamentinin nümayənədələri ilə və "Rossotrudniçestvo"da bir sıra görüşlər keçirdi.

Xatırladaq ki, aprelin 13-də Mikayıl Cabbarov Rusiya paytaxtında keçirilən III Moskva Beynəlxalq təhsil sərgisinin açılışında iştirak etdi.

Sərgi çərçivəsində M.Cabbarov A.S.Puşkin adına Rus Dili İnstitutunun rektoru Marqarita Rusetskaya ilə görüşüb. Söhbət zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq, Azərbaycanda rus dilinin tədrisi və digər məsələlər müzakirə olunub. Həmin gün Mikayıl Cabbarov Rusiya Dövlət Humanitar Universitetində (RDHU) olub.

Universitetin rektoru Yevqeni İvaxnenko və ali məktəbin prezidenti Yefim Pivovar Mikayıl Cabbarovu ali təhsil müəssisəsinin kitabxanası və muzeyi, auditoriyaları ilə tanış ediblər.

Sonra universitetin professor-müəllim heyəti Azərbaycan nümayəndə heyəti ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti