...

Trend-in əməkdaşı ilə "Mədəniyyət TV"də Beynəlxalq internet günü (VİDEO)

Mədəniyyət Materials 5 Aprel 2022 12:47 (UTC +04:00)
Trend-in əməkdaşı ilə "Mədəniyyət TV"də Beynəlxalq internet günü (VİDEO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Trend BİA-nın müxbiri Vüqar İmanov "Mədəniyyət TV" telekanalında "Səhərçağı" verilişinin qonağı olub.

Trend-in məlumatına görə, verilişin aparıcısı Səbinə Öz ilə söhbətdə sosial şəbəkələrin ictimaiyyətin həyatında rolu müzakirə olunub.

Aprelin 4-ü, şagird və tələblələrin himayəçisi hesab olunan, 20 cildlik "Etymologiae" ensiklopediyasının müəllifi, müqəddəs İsidor Sevilyalının (560-636) ölüm günündə Beynəlxalq internet günü qeyd olunur. Maraqlıdır ki, 2003-cü ildə Roma papası bu şəxsi kompüter və internetin himayəçisi də adlandırmışdı.

Həmçinin, günün qeyd olunduğu 4.04 tarixi internetdə çox adamın üzləşdiyi 404 Not Found (Tapılmayıb) səhvini xatırladır. Bu səhvlə istifadəçilər artıq silinmiş səhifə və materiala daxil olmağa çalışarkən üzləşir.

Beynəlxalq internet gününün məqsədi insanlara internet məkanın sonsuz imkanlarını xatırlatmaq və internetin bütün insanların həyat keyfiyyətinin yaxşılaşdırılması və asanlaşdırılması üçün yaradıldığını vurğulamaqdır.

Həmçinin bu gün veb-masterlər və tərtibatçılar öz peşə bayramını qeyd edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti