...

Məktəblilər Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzində keçirilən praktiki məşğələdə iştirak edib (FOTO/VİDEO)

Gündəm Materials 23 Aprel 2021 19:10 (UTC +04:00)
Məktəblilər Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzində keçirilən praktiki məşğələdə iştirak edib (FOTO/VİDEO)

Bakı. Trend:

Ordubad rayonunda fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzində keçirilən praktiki məşğələdə iştirak ediblər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan məşğələdə müxtəlif atıcı silahların taktiki-texniki xüsusiyyətləri haqqında, eləcə də tibbi hazırlıqdan şagirdlərə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonra məktəblilər avtomatdan praktiki atışları yerinə yetiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti