Bakı. Trend:
2023-2024-cü tədris ilində buraxılış imtahanlarında ölkə üzrə ən yüksək nəticəni Naxçıvan şəhərinin və Şahbuz rayonunun ümumtəhsil məktəblərinin şagirdləri göstərib.
Trend xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Dövlət İmtahan Mərkəzi 2023- 2024-cü tədris ili üzrə IX və XI siniflərin buraxılış imtahanın nəticələri ilə bağlı illik hesabatı açıqlayıb.
“Hesabatda qeyd olunur ki, IX siniflərdə ölkə üzrə ən yüksək nəticəni Naxçıvan şəhərinin şagirdləri göstərib (141.16). İlk beşliyin növbəti sıralarında isə Sumqayıt şəhərlərinin (138.83), Şahbuz (136.57), Qubadlı (132.05) rayonlarının və Bakı şəhərinin (127.75) şagirdləri qərarlaşıb.
XI siniflər üzrə buraxılış imtahanında isə ilk beşliyin ikincisi yüksək Naxçıvan şəhərinin (157.36) məktəbliləri olub. Sumqayıt şəhərinin məktəbliləri birinci (163.09), növbəti sıralarda isə Qubadlı (156.99), Şahbuz (151.87) rayonlarının və Bakı şəhərinin (151.80) şagirdləri yüksək nəticələrinə görə digər rayonlardan fərqləniblər”, - qurumdan əlavə olunub.