...

Gəncədə yol polisinin iki əməkdaşı bıçaqlanıb

Hadisə Materials 16 Avqust 2011 17:13 (UTC +04:00)
Dünən axşam Gəncədə yol polisinin iki əməkdaşı bıçaqlanıb. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Gəncədə yol polisinin iki əməkdaşı bıçaqlanıb

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Dünən axşam Gəncədə yol polisinin iki əməkdaşı bıçaqlanıb. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Gəncə şəhər Baş Polis İdarəsindən Trend-ə məlumatı təsdiq ediblər və bildiriblər ki, xəsarət almış polis əməkdaşları xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş Polis İdarəsində araşdırma aparılır.

Hələlik Daxili İşlər Nazirliyindən hadisə ilə bağlı rəsmi məlumat almaq mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti