...

London yenidən çalxalanır

Hadisə Materials 4 Sentyabr 2011 17:38 (UTC +04:00)
London polisi sağ-radikal "İngilis müdafiə liqası" (English Defence League (EDL)) təşkilatının şənbə günü islam eksterimizminə qarşı qarşı nümayişlər keçirən 60 üzvünü saxlayıb. Bu barədə məlumatı Boyük Britaniyanın tele-radio yayım şirkəti olan BBC yayıb.
London yenidən çalxalanır

London polisi sağ-radikal "İngilis müdafiə liqası" (English Defence League (EDL)) təşkilatının şənbə günü islam eksterimizminə qarşı nümayişlər keçirən 60 üzvünü saxlayıb. Trend-in məlumatına görə, bu barədə Boyük Britaniyanın tele-radio yayım şirkəti olan BBC xəbər yayıb.

Hökumətin etirazına baxmayaraq, şənbə günü axşam min nəfərə yaxın şəxs EDL-in kütləvi nümayişlərində iştirak etmək üçün London metrosunun "Oldqeyt" stansiyasının yaxınlığında yığışmışdı. Bundan əlavə yaxınlıqda özlərini "əks-etirazçılar" adlanan və məqsədləri bəlli olmayan dəstə də yığışmışdı.

Polisin verdiyi məlumata görə, həmin əraziyə ümumilikdə 2500 nəfər adam yığışmışdı.

Nümayişin başlamasından bir müddət sonra, kütlə arasından polis zəncirinə müxtəlif əşyalar atılmağa başlayıb və qarşıdurma baş verib.

Polis 60 nəfər şəxsi saxlayıb və onların bəzilərinə qarşı ictimai əsayişin pozulması, polis əməkdaşına hücum, qanuna tabe olmama faktları üzrə ittiham irəli sürülüb.

Qarşıdurmanın qarşısının alınması üçün Londona əlavə üç min polis əməkdaşı cəlb olunub. "İngilis müdafiə liqası"nın fəallarının artıq bir neçə dəfə Böyük Britaniyanın müxtəlif şəhərlərində keçirdikləri nümayişlər zamanı antifaşistlər və polislə toqquşması olub.

Böyük Britaniya hökuməti bu yaxınlarda Londonda baş vermiş qarşıdurmalardan sonra, sentyabrın 2-dən etibarən paytaxtın beş problemli rayonunda kütləvi aksiyalar keçirilməsini qadağan edib. Qadağa Tauer Xelmes, Nyuxem, Uoltxem Forest, İslinqton və Xanki rayonlarına aiddir. Bütün bu rayonlar bu və ya digər şəkildə avqust ayında Londonda baş verən iğtişaşlardan əziyyət çəkib.

Xəbər lenti

Xəbər lenti