...

Bakıda "Toyota" markalı avtomobil altı maşını vurub, ölən və xəsarət alanlar var

Hadisə Materials 13 Mart 2012 17:11 (UTC +04:00)
Bakıda ağır yol qəzası baş verib.
Bakıda "Toyota" markalı avtomobil altı maşını vurub, ölən və xəsarət alanlar var

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda ağır yol qəzası baş verib.

Şahidlərin Trend-ə verdiyi məlumata görə, çərşənbə axşamı saat 16:00 radələrində Nərimanov rayonu ərazisində Ağa Neymətulla küçəsində "Toyota" markalı avtomobil altı avtomobili vurub.

Sonra isə "Toyota" markalı avtomobil ağaca çırpılıb, nəticədə həmin avtomobilin sürücüsü hadisə yerində ölüb, xəsarət alanlar var.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyiti avtomobildən çıxarıblar.

Xəbər lenti

Xəbər lenti