...

Türkiyə XİN: Ermənistan təyyarəsi yoxlanış üçün Türkiyədə məcburi endirilib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 15 Oktyabr 2012 14:25 (UTC +04:00)
Ermənistan təyyarəsinin Türkiyə məcburi endirilməsi yoxlanış üçün həyata keçirilib. Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən "Sabah" qəzetinə bildirilib.
Türkiyə XİN: Ermənistan təyyarəsi yoxlanış üçün Türkiyədə məcburi endirilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Ermənistan təyyarəsinin Türkiyə məcburi endirilməsi yoxlanış üçün həyata keçirilib. Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən "Sabah" qəzetinə bildirilib.

Türkiyənin NTV telekanalının məlumatına görə, humanitar yüklü təyyarənin uçuşunu davam etdirməsi haqqında qərar yoxlanış aparıldıqdan sonra qəbul ediləcək. Hazırda təyyarəyə baxış keçirilir.

Türkiyə hakimiyyəti bu gün Ermənistan təyyarəsini Ərzurum aeroportuna enməyə məcbur edib.

Türkiyənin NTV telekanalının məlumatına görə, təyyarə Suriyanın Hələb şəhərinə istiqamət alıbmış.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti