...

Abşeronda “KamAZ”ın sürücüsü yük boşaldanda öldü

Hadisə Materials 8 May 2013 13:36 (UTC +04:00)
Ceyranbatan qəsəbə sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.
Abşeronda “KamAZ”ın sürücüsü yük boşaldanda öldü

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/

Ceyranbatan qəsəbə sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.

Trend Daxili İşlər Nazirlyinin mətbuat xidmətinin yaydığı məlumata görə, mayın 7-də Abşeron rayonu Masazır qəsəbəsinin ərazisində Ceyranbatan qəsəbə sakini Tofiq Mirişov "KamAZ" markalı avtomaşınla yük boşaldarkən ehtiyatsızlıqdan elektrik xəttinə toxunub.

Nəticədə Mirişov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti