...

Sabirabadda motosiklet aşdı, sürücü öldü

Hadisə Materials 16 May 2013 12:57 (UTC +04:00)
Sabirabad rayonunun Minbaşı kəndi ərazisində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Sabirabadda motosiklet aşdı, sürücü öldü

Azərbaycan, Bakı, 16 may /Trend müxbir İ.İzzət/

Sabirabad rayonunun Minbaşı kəndi ərazisində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki,

mayın 15-də saat 03.00 radələrində Sabirabad rayonunun Minbaşı kəndi ərazisində kənd sakini Əlmayıl Nəsirov idarə etdiyi "M" markalı motosikleti aşırıb.

Nəticədə xəsarət almış Ə.Nəsirov və sərnişini, Qarağac kənd sakini İlqar Əliyev xəstəxanaya yerləşdiriliblər. Motosikletin sürücüsü Nəsirov orada ölüb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti