...

"Azərbaycan Dəmir Yolları" QSC-nin Baş İdarəsində baş vermiş yanğın söndürülüb, 2 nəfər zəhərlənib (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Hadisə Materials 22 May 2013 17:56 (UTC +04:00)
Bakıda Nəsimi rayonunda yerləşən "Azərbaycan Dəmir Yolları" QSC-nin Baş İdarəsində baş vermiş yanğın söndürülüb.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Baş İdarəsində baş vermiş yanğın söndürülüb, 2 nəfər zəhərlənib (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 16:58-də yayılıb)

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İzzət/

Bakıda Nəsimi rayonunda yerləşən "Azərbaycan Dəmir Yolları" QSC-nin Baş İdarəsində baş vermiş yanğın söndürülüb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, yanğın vağzalın zirzəmisində baş verib. İlkin ehtimala görə, yanğına elektrik xətlərindəki qısa qapanma səbəb olub.

Onun sözlərinə görə, yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib.

Yanğın zamanı idarənin işçiləri binadan təxliyyə olunublar.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları yanğının qarşısını alıblar.

Mətbuat xidmətinin rəhbəri Trend-ə bildirib ki, yanğın zamanı işçilərdən xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti