...

İcra Hakimiyyəti: Lənkəranda çökək ərazilərdə həyətlərə yağış suları yığılıb

Hadisə Materials 28 Sentyabr 2017 20:36 (UTC +04:00)
Lənkəranda axşam saaatlarından başlayaraq yağan güclü yağışın evlərə və təsərrüfatlara ziyan vurmaması tədbirlər görülür.
İcra Hakimiyyəti: Lənkəranda çökək ərazilərdə həyətlərə yağış suları yığılıb

Bakı. Samir Əli - Trend:

Lənkəranda axşam saaatlarından başlayaraq yağan güclü yağışın fəsadlar törətməməsi üçün tədbirlər görülür.

Bu barədə Trend-ə Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Möhübbət Babayev məlumat verib.

Onun sözlərinə görə, şəhər ərazisində bəzi çökək ərazilərdə yerləşən həyətlərə su dolub:

"Hazırda həmin ərazilər sulardan təmizlənir. Ciddi fəsadlar yoxdur. Şəhər 2 saylı orta məktəbin həyətinə də su dolması barədə məlumat daxil olmuşdu. Dərhal həmin əraziyə briqada göndərildi və məlum oldu ki, məktəbin həyətində subasma olmayıb. Yağış güclü yağdığı üçün bir-iki çökək ərazidəki həyətlərdə qismən su yığılması olub və aradan qaldırılıb. Şəhər ərazisində kanalizasiya sistemləri təmizlənib və yağış sularının qarşısının alınması üçün tədbirlər görülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti