Bakı. Trend:
Lənkəranda subasmada köməksiz qalan 3 nəfər təxliyə olunub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonunun Girdəni kəndində yağan yağışlar nəticəsində köməksiz vəziyyətdə qalmış 4 nəfər fərdi yaşayış evindən və 3 nəfər fermanın ərazisindən təxliyə olunub.
Təxliyə işləri Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən aparılıb.