...

Maştağada ölümlə nəticələnən yol qəzası olub

Hadisə Materials 16 Yanvar 2020 14:53 (UTC +04:00)
Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Maştağada ölümlə nəticələnən yol qəzası olub

Bakı. Trend:

Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, yanvarın 15-də saat 19 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Namiq Məmmədov idarə etdiyi “Moskviç” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Bildirilir ki, sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti