...

Bakıda 27 yaşlı oğlan küçədə bıçaqlandı

Hadisə Materials 12 Mart 2020 10:22 (UTC +04:00)
Bakıda gənc oğlan küçədə bıçaqlanıb.
Bakıda 27 yaşlı oğlan küçədə bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Bakıda gənc oğlan küçədə bıçaqlanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Bakı şəhər sakini 1993-cü il təvəllüdlü İlkin Hüseynov küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

O ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılaraq əməliyyat olunub, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti