...

Bakıda maşın qaçıran şəxs qəza törətdi, bir nəfəri xəstəxanalıq oldu

Hadisə Materials 22 Aprel 2020 13:51 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs qəza törədib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 20-də saat 21radələrində Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birində yuyucu işləyən Astara rayon sakini M.Bağırov Bakı şəhər sakini T.Şamilova məxsus “Kia” markalı avtomobili qaçırıb və paytaxt sakini E.Abdullayevin idarə etdiyi “VAZ-21015” markalı avtomobilə vurub. E.Abdullayev xəstəxanaya yerləşdirilib.

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bağırov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti