Bakı. Trend:
Oğuz rayonunun Bucaq kəndində ümumi sahəsi 32 m² olan talvarın altında VAZ markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, avtomobilin qalan hissəsi və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.