...

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 9 May 2022 14:15 (UTC +04:00)
Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. Trend:

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 8-də saat 3 radələrində Sumqayıtda şəhər sakini R.Məmmədov idarə etdiyi “Khazar” markalı avtomobili yolun kənarındakı maneəyə vurub. Nəticədə avtomobildə olan sərnişin Elxan Səmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti