...

Bakıda velosiped oğurlandı

Hadisə Materials 10 Aprel 2025 16:51 (UTC +04:00)
Bakıda velosiped oğurlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Nəsimi rayonu ərazisində bir nəfərə məxsus 350 manat dəyərində velosipedin oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı İ.Tağıyev müəyyən olunaraq saxlanılıb.

Həmçinin, rayon ərazisində yerləşən marketlərin birindən paytaxt sakininə məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən 32 yaşlı A.Müslümovanın saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti