...

Tbilisinin azərbaycanlı sakini lotereyada cek-pot udub

Maraqlı Materials 28 Sentyabr 2012 17:22 (UTC +04:00)
Gürcüstanda yaşayan azərbaycanlı Teymuraz Bayramov lotereya oyununda cek-pot qazanıb.
Tbilisinin azərbaycanlı sakini lotereyada cek-pot udub

Gürcüstan, Tbilisi, 28 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda yaşayan azərbaycanlı Teymuraz Bayramov lotereya oyununda cek-pot qazanıb. Trend-in məlumatına görə, Tbilisi sakini olan Bayramova 642 min lari dəyərində (sentyabrın 28-nə olan rəsmi məzənnəyə əsasən, 1 lari 0.4733 AZN-dir) rəmzi çek təqdim edilib.

Bu, 2012-ci ildə qazanılan sayca beşinci cek-potdur.

Bayramov qeyd edib ki, belə uğur qazanacağına inanmırdı və indən sonra mütəmadi olaraq lotereya oynamaq niyyətindədir.

Onun sözlərinə görə, qazandığı pullar ilə ailəsinin gələcəyini təmin edəcək.

Xəbər lenti

Xəbər lenti